Bu rəsmi video məğzi olan həmin tədbiri qısa xülasə şəklində təsvir edir. Cəmisi 2 həftə ərzində belə bir tədbirin ideyasını ortaya qoyub, onu təşkil etmişdik. ADA Universiteti boydan boya bəzənmişdi. Ən önəmlisi o idi ki, universitet qürur, mənlik, arzu və diləklərlə dolu idi həmin gün. Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Prezident məzunlar qarşısında çıxış etdi. Yüz il əvvəl dəbdə olan milli paltar geyib, bir küncdə oturmuşdum. İdeya və arzuların səhnədə işıq kimi yanıb parıldamasını seyr edirdim.
ADA universiteti müvəffəq olacaq, çünki onun təməli sarsılmaz dəyərlər üzərində qurulub, və o, tarixi əhəmiyyətə malik olan bir təfəkkürü tapıb, maarifçilik nümunəsi yaradıb.
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
Read More1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Read More2007-ci il idi və ADA-nın yeni tədris kompleksini dizayn etmək üçün ABŞ-da memarlıq şirkəti axtarırdıq. Kimsə təklif etdi ki, istədiklərimizin hamısını bir toplu şəklində yazaq və müsahibə etdiyimiz şirkətlərə yollayaq. Həmin axşam evə getdim, bir kağız yazdım. Onu potensial tələbə adından yazdım və Arzular Toplusu adlandırdım. Elə həmin axşam onu 20-yə yaxın şirkətə yolladım. Bu kağızı oxuyan bütün memarlıq şirkətləri o universitetin kampusunu dizayn etmək istəyirdi.
Read More