MƏQALƏLƏR
Nadir hallarda şəkil çəkdirmişəm, videolarda görsənmişəm, və ya birinci sırada oturmuşam. Həmişə fikirləşirdim ki, onların o qədər mənası yoxdu. Mənim üçün mühüm olanı foto şansı deyil, əməllər və onlardan aldığım mənəvi zövq olub. Bu səhifədə, son bir neçə ildə yadda qalan xatirələrəmi bölüşmək istəyirəm.
Opera və Universitet
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
ƏtraflıQəhrəmanlar Unudulmur
1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Ətraflı100 İlin Təfəkkürü, Maarifi, Dəyərləri
2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
ƏtraflıArzular Toplusu
2007-ci il idi və ADA-nın yeni tədris kompleksini dizayn etmək üçün ABŞ-da memarlıq şirkəti axtarırdıq. Kimsə təklif etdi ki, istədiklərimizin hamısını bir toplu şəklində yazaq və müsahibə etdiyimiz şirkətlərə yollayaq. Həmin axşam evə getdim, bir kağız yazdım. Onu potensial tələbə adından yazdım və Arzular Toplusu adlandırdım. Elə həmin axşam onu 20-yə yaxın şirkətə yolladım. Bu kağızı oxuyan bütün memarlıq şirkətləri o universitetin kampusunu dizayn etmək istəyirdi.
ƏtraflıYeniləmək Strategiyası
2019-cu ilin aprelində Nyu Orleans şəhərində keçirilən Ellucian Live konfransında dəyişmək və yenilənmək strategiyası mövzusunda çıxış etdim. Konfransda dünyanın bütün ölkələrindən 8 minə yaxın universitet işçisi iştirak edirdi. Onların əksəriyyəti Azərbaycan haqqında heç eşitməmişdi. Biz isə ali təhsilin bu mühüm beynəlxalq tədbirində ADA Universitetini müvəffəqiyyət nümunəsi kimi təqdim edirdik. Tək Azərbaycanda deyil, bütün dünyada bir müvəffəqiyyət nümunəsi kimi. Onlar da bizi dinləmək və bizim təcrübəmizdən öyrənmək istəyirdilər.
ƏtraflıTəşkilati Mədəniyyət: Okamuranın Əhvəlatı
Qayda, qanun, proses yaratmaq vacibdir. Amma idarəetmənin məğzini daima özünü inkişaf etdirmək istəyi və cavabdehlik mədəniyyəti müəyyən edir. Hər gün bir işçi adama yaxınlaşır, bir sual və ya problem ortaya qoyur, onun həllinə cavab istəyir adamdan. Problemin həlli heç də həmişə düz xəttli olmur. Bəzən yaradıcı bir mövqedən yanaşardım, heç kəsin gözləmədiyi bir həll təklif etməli olardım. Problemin yaradıcı yolla həlli nəyisə öyrənməyə aparıb çıxarır. Belə bir üsulla baş verən öyrənmək isə işlədiyin təşkilatda müəyyən düşüncə tərzi və mühit yaradır.
ƏtraflıVətəndaşlıq və Sosial Məsuliyyət
Təhsil ocağı yaratmaq şansı olan hər kəs ilk növbədə vətəndaş yetişdirməyi də düşünməlidir. Hər yerdə olduğu kimi, Azərbaycanda da bu vacibdir. Təhsil yalnız bilik və bacarıq aşılamalı deyil, eyni zamanda, yeni düşüncə tərzi, yeni mentalitet, yeni nəsil də yetişdirməlidir. Bir sözlə vətəndaş yetişdirməlidir. Elə bir vətəndaş ki, cəmiyyətin problemlərinə laqeyd qalmasın, ölkənin maraqlarını hər şeydən üstün tutsun, ümumi məqsədə xidmət etsin. Elə bir vətəndaş ki, insanların fərqli olduğunu anlasın və bu müxtəlifliyi öz mənliyinin əsas dəyəri kimi qəbul etsin.
ƏtraflıDəyərlər Üzərində Qurulmuş Mənlik
Həyat bir səyahətdir. Harasa gedirik. Əlbəttə son mənzil vacibdi, amma mənzilə aparan yol daha önəmlidi. Bir çantadı götürüb gedirik. Getdikcə də o çantaya nəsə doldururuq. Məhz o çantaya qoyduğumuz bizi bir şəxsiyyət kimi formalaşdırır. Düşüncələrimiz və əməllərimiz bizim Mənliyimizi xəmir kimi yoğurur. Sanki bütün dünya ətrafımızda çökəndə, özümüz tikdiyimiz bir döşəmənin üzərinə yıxılırıq: dəyərlərimizin, əgər tikmişiksə. İnam və dəyərlərdir bizi qaldırıb mənsub olduğumuz yerə aparan. Mənliyimiz nədisə, biz də odu ki varıq. Demək bu həyat səyahətində axtardığımız və yetişmək istədiyimiz son mənzil özümüzü və mənliyimizi tapmaqdır.
Ətraflı