ADA-nın ilk 10 ili inanılmaz müvəffəqiyyətlə dolu idi. O, bir ideyadan başlayıb, Azərbaycanın aparıcı universitetinə çevrilmişdi. Belə bir sürətli müvəffəqiyyət gələcək inkişaf üçün təməlin gücləndirilib möhkəmləndirilməsini tələb edirdi.
ADA Universiteti qərar vermək mexanizmini data əsasında qurmaq üçün bütün qayda-qanunlarını, proseslərini, proqram və təşəbbüslərini bir sistemdə inteqrasiya etməli idi. Tələbə həyatının idarəolunması və universitetin planlaması üçün Ellucian Banner XE, tədris və öyrənmək prosesinin idarəolunması üçün Blackboard və kitabxana idarəetməsi üçün OCLC platformasını seçdik. Belə bir yenilik üçün akademik və biznes proseslərinin yenidən qurulması lazım idi. Cəmisi 2 il ərzində biz bütün sistemləri müvəffəqiyyətlə dəyişib, onları Banner, Blackboard və OCLC üzərində qurduq və tam inteqrasiya etdik. Ən önəmlisi o idi ki, bu müddət ərzində ADA Universitetində 50-yə yaxın işçi və menecerin təcrübəsini artırdıq, onların ali təhsili səriştə ilə idarə edən kadr olmasına şərait yaratdıq.
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
Read More1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Read More2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
Read More