ADA Universitetinin bütün tələbələri liderlik proqramında iştirak edirlər. Tədris ili ərzində, tələbələr komandalara bölünür, ictimaiyyət arasına çıxır, hər hansı bir problemi tapıb həll etməyə çalışırlar.
Aprelin sonunda prorektor, dekan, müəllim və işçilər münsiflər heyəti kimi toplanıb, tələbələrin il ərzində həyata keçirdiyi layihələri dinləyir və onlara qiymət verirlər. Uzun zaman münsiflər heyətinə sədrlik edərdim. Tələbələrin təqdimatını dinlədikcə bəzən kövrələrdim, utana-utana göz yaşlarımı gizlədə bilməzdim. Dinlədikcə o gənclərin cəmiyyətə necə bağlandlğının şahidi olurduq, həyəcan və ehtiraslarını duyurduq, kimsəsiz və ahıl insanların həyatında, və ya yaxın qonşuluqda nəyisə dəyişdiklərini eşidəndə sevinirdik. Laqeyd qala bilməyən insan daha yaxşı vətəndaş olur, öz ölkəsinə daha yaxından bağlanır. Haminı dinləyəndən sonra münsiflər heyəti kimi top 3 layihəni qaliblər kimi seçərdik.
Və sonra, mayın birinci həftəsində möhtəşəm bir tədbir təşkil edərdik. Bütün universitet geyinib kecinərdi, ziyəfət və axşam yeməyinə toplaşardı, bir yerdə çörək kəsərdik, mükafatları təqdim edərdik, vətəndaşlıq və sosial məsuliyyət kimi dəyərlərimizi anıb bayram edərdik. O anlar qürur və özünü daha çox dərk etmək anları idi mənim üçün. Sərhədləri aşıb keçən vətəndaşlığımı və məsuliyyətimi anmaq anları idi o anlar.
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
Read More1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Read More2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
Read More